Ermənistanın təcavüzünə dair İƏT-in Təmas Qrupunun üzvləri Azərbaycana səfər edəcək

Ermənistanın təcavüzünə dair İƏT-in Təmas Qrupunun üzvləri Azərbaycana səfər edəcək
  • Clock-gray 18:07
  • calendar-gray 05 Aprel 2021

Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləri Azərbaycana səfər edəcəklər.

APA-nın xəbərinə görə, səfər sabah baş tutacaq.

Təmas Qrupunun üzvlərinin Gəncəyə və işğaldan azad edilmiş ərazilərə səfəri də planlaşdırılır.

Qeyd edək ki, 2016-cı ilin aprel ayında “Ədalət və sülh naminə birlik və həmrəylik” şüarı altında İstanbul şəhərində keçirilmiş 13-cü İslam Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirin Yekun Kommünikesində Ermənistanın ölkəmizə qarşı təcavüzü, 2016-cı ilin aprel ayının əvvəlində işğalçı ölkə tərəfindən gərginliyin qəsdən artırılması, habelə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı Təcavüzünə dair İƏT Təmas Qrupu”nun yaradılması haqqında təfərrüatlı bəndlər (16-cı və 17-ci bəndlər) yer alıb. Təmas Qrupuna 8 ölkə daxildir (Türkiyə Respublikası, Mərakeş Krallığı, Səudiyyə Ərəbistanı Krallığı, Pakistan İslam Respublikası, Malayziya, Qambiya İslam Respublikası, Cibuti Respublikası, Somali Respublikası).

apa-logo-mini

Digər xəbərlər