Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
  • Clock-gray 13:36
  • calendar-gray 19 Fevral 2021

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bu barədə Estoniya parlamentinin rəsmi saytında məlumat verilib.

“Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir. Xocalı qətliamı nəticəsində çox sayda uşaq, qadın və qoca da daxil olmaqla, 600-dən çox günahsız mülki şəxsin öldürülməsi ilə bağlı Azərbaycan xalqının kədərini bölüşürük. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu insanlığa qarşı cinayəti ən sərt şəkildə qınayırıq. Bu kütləvi qətli törədənlər məsuliyyətə cəlb olunmalıdır.

Eyni zamanda, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dağlıq Qarabağ ətrafında gedən bütün hərbi fəaliyyətlərin dayandırılmasını alqışlayırıq. Azərbaycan Respublikasının davamlı sülh, inteqrasiya və azad edilmiş ərazilərin inkişafı istiqamətindəki səylərinə dəstəyimizi ifadə edirik”, - deyə bəyanatda qeyd olunub.

Zümrüd Paşkin

Digər xəbərlər