Fransa səfiri: “Qadınlar sülh quruculuğunda aktiv iştirak etməlidirlər”

Fransa səfiri: “Qadınlar sülh quruculuğunda aktiv iştirak etməlidirlər”
  • Clock-gray 15:43
  • calendar-gray 12 Noyabr 2020

“Gender bərabərliyi Fransa diplomatiyasında prioritetlərindən biridir”.

APA-nın xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross səfirliyin təşkil etdiyi qadın və kişi bərabərliyi ilə bağlı müsabiqəsinin mükafatlandırma mərasimində çıxışında deyib.

Səfir bildirib ki, bu gün dünyanın hər yerində gender bərabərliyi məsələsində problemlər var: “Xüsusilə siyasi sahədə təmsilçilik, təhsilə əlçatanlıq, ailədaxili şiddət və s. qeyd olunmalıdır. Qadın haqları insan haqlarıdır və qorunmalıdır. Fransa hər zaman bunu təbliğ edir”.

O vurğulayıb ki, qadınlar ön cəbhədə COVID-19 pandemiyası ilə mübarizə aparır.

Fransa səfiri qadınların sülh quruculuğunda da vacib rolunu vurğulayıb və əlavə edib ki, qadınlar sülh quruculuğunda aktiv iştirak etməlidirlər.

Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

Zümrüd Paşkin

Digər xəbərlər