Fərid Şəfiyev: “ABŞ-ın Cənubi Qafqaza marağı azalmaqdadır”

Fərid Şəfiyev: “ABŞ-ın Cənubi Qafqaza marağı azalmaqdadır”
# 30 iyul 2020 17:23 (UTC +04:00)

“Cənubi Qafqaz regionu uzun illər Rusiyanın təsir dairəsində olub. ABŞ və Avropa İttifaqının bölgəyə maraq göstərdiyinə şahidik. Çini də unutmaq olmaz”.

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) ABŞ-dakı tərəfdaşı olan Xəzər Siyasi Mərkəzinin “Beyin Mərkəzlərinin Forumu: ABŞ və Xəzər regionu” adlı vebinarda BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, ABŞ-ın Cənubi Qafqaz regionuna marağı azalmaqdadır: “Bu meyl hələ bir müddət davam edəcək. Bu, Donald Tramp administrasiyası ilə bağlı olan məsələ deyil. Biz bunu Obama administrasiyası dövründən görürük”.

F. Şəfiyev iyulun 12-də Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlar barədə də danışıb.

BMTM sədri qeyd edib ki, sərhəddə baş verənlər sülh və enerji təhlükəsizliyinə ciddi təhdiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR