Fərid Şəfiyev Çində bir sıra görüşlər keçirib

Fərid Şəfiyev Çində bir sıra görüşlər keçirib
# 09 yanvar 2020 10:40 (UTC +04:00)

Yanvarın 8-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pekində Çin Sosial Elmlər Akademiyası, Çin Beynəlxalq Araşdırmalar İnstitutu və Müasir Beynəlxalq Münasibətlər Akademiyasında görüşlər keçirib.

Bu barədə APA-ya BMTM-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşlərdə Azərbaycanın yerləşdiyi regionda siyasi, iqtisadi və təhlükəsizlik məsələləri, Çin-Azərbaycan ikitərəfli münasibətlərində əldə edilmiş nailiyyətlər, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlıq imkanları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər vacib məsələlər ətrafında müzakirələr aparılıb.

Eyni zamanda BMTM-in xarici tədqiqatçılar üçün həyata keçirməyi nəzərdə tutduğu proqramlar və birgə tədqiqat üçün yaradılan imkanlar barədə danışılıb.

F. Şəfiyev Azərbaycanda müasirləşmə istiqamətində aparılan islahatlar barədə məlumat verib.

Əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi məqsədi isə Çin Beynəlxalq Araşdırmalar İnstitutu və Müasir Beynəlxalq Münasibətlər Akademiyası ilə Anlaşma Memorandumları imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR