Fərid Şəfiyev: “Aİ-nin beyin mərkəzləri Azərbaycanda aparılan islahatları müsbət qiymətləndirir”

Fərid Şəfiyev: “Aİ-nin beyin mərkəzləri Azərbaycanda aparılan islahatları müsbət qiymətləndirir”
  • Clock-gray 12:46
  • calendar-gray 11 Dekabr 2019

“Azərbaycan Avropa İttifaqı ilə tam və bərabərhüquqlu tərəfdaşlıq əlaqələri qurmaq niyyətindədir”.

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Brüssel səfərinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Brüssel səfəri zamanı Avropanın beyin mərkəzləri ilə bir sıra görüşlər keçirilib, dəyirmi masalar təşkil olunub: “Görüşlərdə iki əsas məsələ - Avropa İttifaqı və Azərbaycan arasında sazişin siyasi aspektləri və Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycanda həyata keçirilən son islahatlar Aİ-nin müxtəlif beyin mərkəzləri tərəfindən müsbət qiymətləndirilir və alqışlanır. Azərbaycanda dərin islahatlar aparılır. Bu islahatların müsbət nəticələrini görəcəyik”.

Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mümkün roluna oxunan F. Şəfiyev qeyd edib ki, bu məsələ Aİ-nin səlahiyyəti çərçivəsində olmasa da, təşkilatın təsiredici mexanizmlərinin mövcudluğunu unutmaq olmaz: “Həmçinin Avropa İttifaqına üzv ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi çox vacib məsəlidir. Avropa Komissiyası Dağlıq Qarabağdakı qondarma “seçkilər”i pisləyib və tanımır. Lakin etiraf edək ki, Avropa İttifaqı bu münaqişədə həlledici rola malik deyil. Bildiyiniz kimi, bu münaqişə ilə bağlı danışıqlar digər formatda keçirilir”.

Zümrüd Paşkin

Digər xəbərlər