Fuat Oktay: "Ermənistan tərəfindən gözlənilməz bir addımlar olarsa və Azərbaycan dəstək istəyərsə, əlbəttə, Türkiyə dəstək verəcək"

Fuat Oktay: "Ermənistan tərəfindən gözlənilməz bir addımlar olarsa və Azərbaycan dəstək istəyərsə, əlbəttə, Türkiyə dəstək verəcək"
  • Clock-gray 23:36
  • calendar-gray 21 Oktyabr 2020

“Azərbaycan dövləti haqlı mövqedədir, öz torpaqlarını müdafiə edir, Ermənistana dövlət də demək istəmirəm, tam bir işğalçıdır. Ermənistan işğal etdiyi bütün Azərbaycan torpaqlarını tərk etməlidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay "CNN Türk"ə müsahibəsində belə bildirib.

1992-ci ildə Sovet İttifaqı dağıldıqdan sonrakı Azərbaycan və Ermənistanı bugünkü vəziyyətləri ilə müqayisə edən F.Oktay deyib ki, hazırda Azərbaycan o dövrə baxdıqda nə qədər inkişaf edibsə, Ermənistan bir o qədər geridə qalıb: "İşğalçılıq xisləti Ermənistanı inkişafdan geri qoyub. Bundan öncəki Ermənistan rəhbəri deyib ki, Dağlıq Qarbağı almaqla biz torpaqlarımızı genişləndirdik, Türkiyə tərəfinin Ağrı dağını alması isə gələcək nəsillərə qalıb. Bu düşüncədə bir dövlət siyasəti olarmı? Əli silahsız, günahsız mülki əhaliyə hücum edən bir terror dövlətin qarşısında, sadəcə, öz torpaqlarında yerləşən işğalçıların hərbi mövqelərinə qarşılıq verən bir dövlət var. Həm də Ermənistan dünyada elə bir təsəvvür yaratmaq istəyir ki, sanki məzlum durumda olan odur. Atəşkəs istəyir və atəşkəsi də özü pozur. Üstəlik də Ermənistana terror təşkilatları yardım edir. Bu qədər ədalətsizliyin cavabı, əlbəttə ki, savaş meydanında da verilir, Allah qatında da".

Fuat Oktay deyib ki, Azərbaycan Türkiyədən hərbi dəstək istəyərsə, tərəddüdsüz bu dəstək veriləcək: "Ermənistan tərəfindən gözlənilməz bir addımlar olarsa və Azərbaycan dəstək istəyərsə, əlbəttə, Türkiyə dəstək verəcək. Azərbaycanla mütəmadi əlaqələrimiz var və əvvəlcədən də cənab Prezidentimiz cənab İlham Əliyevə hər cür yardım etməyə hazır olduğumuzu deyib. Onsuz da Azərbaycanla Türkiyə arasında hərbi saziş var".

Sevil Ünal Hilalqızı

Digər xəbərlər