Fəxrəddin Altun: “Şuşanın qurtuluşu xeyirli, uğurlu olsun!”

Fəxrəddin Altun: “Şuşanın qurtuluşu xeyirli, uğurlu olsun!”
# 08 noyabr 2020 13:36 (UTC +04:00)

“Yeni zəfərləriniz mübarək olsun, Şuşanın qurtuluşu xeyirli, uğurlu olsun!”

APA-nın yerli bürosunun xəbərinə görə, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun özünün”Twıtter” səhifəsindən paylaşıb.

F.Altun Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə müraciətlə “Bayraqlarımız səmada sonsuzadək dalğalansın, birliyimiz və həmrəyliyimiz əbədi olsun, əziz qardaşım”, - deyə yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR