Fəxrəddin Altun: “Türkiyə Qafqaz və Orta Asiyadakı soydaşlarımızın yanındadır”

Fəxrəddin Altun: “Türkiyə Qafqaz və Orta Asiyadakı soydaşlarımızın yanındadır”
# 17 mart 2021 13:36 (UTC +04:00)

“Türkiyə hər zaman Qafqaz və Orta Asiyadakı soydaşlarımızın yanındadır”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Manas Universiteti və Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) tərəfindən “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda keçirilən simpoziumda çıxışı zamanı deyib.

O bildirib ki, bu məsələdə Türkiyənin səmimiyyət və qətiyyətinin ən açıq göstəricisi Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinə verilən dəstəkdir.

“44 gün boyunca informasiya cəbhəsində ortaq mübarizə bizim üçün həqiqətən qürurvericidir. Əməkdaşlığımızı bu könül birliyinin simvolu olan Türkiyə-Azərbaycan Birgə Media Platforması çərçivəsində davam etdiririk”, - deyə F. Altun vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR