GUAM-ın Baş Katibliyi Şuşanın azad olunması münasibətilə Azərbaycanı təbrik edib

GUAM-ın Baş Katibliyi Şuşanın azad olunması münasibətilə Azərbaycanı təbrik edib
  • Clock-gray 15:30
  • calendar-gray 09 Noyabr 2020

GUAM-ın Baş Katibliyi Şuşanın azad olunması münasibətilə Azərbaycanı təbrik edib. 

APA-nın xəbərinə görə, bu barədə təşkilatın rəsmi “Twitter” səhifəsində qeyd olunub.

“28 il 6 aylıq işğaldan sonra 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azad olunması münasibətilə Azərbaycan Respublikasını təbrik edirik! Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün tam və sürətlə bərpa olunmasını diləyirik!”, - deyə təbrikdə bildirilib. 

Zümrüd Paşkin

Digər xəbərlər