GUAM-ın Baş katibi Azərbaycan Prezidentini təbrik edib

GUAM-ın Baş katibi Azərbaycan Prezidentini təbrik edib
  • Clock-gray 20:12
  • calendar-gray 17 Noyabr 2020

GUAM-ın Baş katibi Altay Əfəndiyev Prezident İlham Əliyevi və Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri. Sizi və Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın Katibliyi adından təbrik edirəm.

Otuz il əvvəl başlamış, bir çox dramatik və faciəvi dönəmlərdən, habelə dövlət quruculuğunun bir sıra mühüm mərhələlərindən keçən milli dirçəliş prosesi Azərbaycan Silahlı Qüvvələrinin şanlı Qələbəsi ilə özünün ən yüksək zirvəsinə çatdı və uzun müddətdir işğal altında qalan Azərbaycan torpaqlarının azad olunması ilə nəticələndi.

Biz nəinki müasir Azərbaycanın, həmçinin bütün regionun tarixində yeni bir səhifə açan bu tarixi Qələbə münasibətilə Sizi təbrik edirik. Bu Qələbə nəhəng potensialı, artan geostrateji əhəmiyyəti olan bir bölgə üçün perspektivli və nadir imkanlar, həmçinin inklüziv və hərtərəfli regional əməkdaşlıq, davamlı inkişaf üçün parlaq fürsətlər yaradır.

apa-logo-mini

Digər xəbərlər