GUAM ölkələrinin ABŞ-dakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

GUAM ölkələrinin ABŞ-dakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
# 14 avqust 2020 08:10 (UTC +04:00)

Avqustun 13-də Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun, Gürcüstan səfiri David Bakradzenin, Moldova səfiri Eugen Karasın və Ukrayna səfiri Volodimir Yelçenkonun iştirakı ilə birgə vebinar təşkil olunub.

Ölkəmizin ABŞ-dakı Səfirliyindən APA-ya verilən məlumata görə, iştirakçılar əməkdaşlığın hazırkı səviyyəsiilə bağlı müzakirə aparıb və ümumi maraqlar əsasında gələcəkdə birgə təşəbbüslər barədə qərara gəliblər.

Səfirlər ABŞ-la birgə regional əməkdaşlıq imkanlarının təşviq edilməsi və tərəfdaşlığın gücləndirilməsi məqsədilə işçi səviyyədə məsləhətləşmələr də daxil olmaqla, sözügedən formatda müzakirələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR