Gürcü nazir: “Sərhədlərin delimitasiyası ilə bağlı Ceyhun Bayramova yeni xəritələr təqdim edilib”

Gürcü nazir: “Sərhədlərin delimitasiyası ilə bağlı Ceyhun Bayramova yeni xəritələr təqdim edilib”
# 29 dekabr 2020 13:42 (UTC +04:00)

“Pandemiya imkan verən kimi, Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya yenilənmiş tərkibdə öz işinə davam edəcək”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sentyabrda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tbilisiyə səfəri zamanı bu istiqamətdə müzakirə aparılıb və ona yeni xəritələr təqdim edilib.

Nazir qeyd edib ki, hər iki tərəf komissiyanın işini davam etdirməsində maraqlıdır: “Bizim çox səmimi və anlamlı söhbətimiz oldu. Biz yaranmış yeni şərtləri detallı müzakirə etdik və yeni tapılmış xəritələri, həmçinin beynəlxalq ekspertlərin nəticələrini təqdim etdik. Təbii olaraq, biz pandemiya imkan verən kimi komissiyanın yenilənmiş tərkibdə öz işinə davam etməsinə hazırıq, hər iki tərəf də bunda maraqlıdır. Biz strateji tərəfdaşıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR