Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının iclası keçiriləcək

 Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının iclası keçiriləcək
  • Clock-gray 18:41
  • calendar-gray 23 Dekabr 2019

Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının iclasının gələn il yenidən davam etdirilməsi planlaşdırılır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria və Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun görüşü zamanı bildirilib.

Tərəflər iki ölkənin strateji tərəfdaşlığını və mehriban qonşuluq münasibətlərini müzakirə ediblər.

Görüşdə tərəflər Gürcüstan və Azərbaycan arasındakı dövlət sərhədinin delimitasiya və demarkasiya prosesini də müzakirə ediblər. Qeyd olunub  ki, proses hər iki ölkənin maraqlarını qorumaqla, dostluq münasibətləri nəzərə alınmaqla və strateji tərəfdaşlıq kontekstində inkişaf etdirilməlidir.

Görüş zamanı nəqliyyat dəhlizinin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasının vacibliyi, habelə iki ölkənin tranzit potensialından istifadə üçün birgə səylərin davam etdirilməsi zəruriliyi də vurğulanıb.

Bu çərçivədə TANAP-ın Cənub Qaz Dəhlizinin ən vacib komponentlərindən biri olduğu qeyd olunub. 

Görüşdə Giorgi Gaxaria Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi üçün Azərbaycana təşəkkür edib.

Səid Babazadə

Digər xəbərlər