Gürcüstan MSK: Müşahidə apardığımız seçki məntəqələrini özümüz seçdik

Gürcüstan MSK: Müşahidə apardığımız seçki məntəqələrini özümüz seçdik
# 10 fevral 2020 11:53 (UTC +04:00)

“Qısa bir dövr ərzində seçki prosesinin bu cür hazırlanması çox təqdirəlayiqdir”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda seçkini izləmiş Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Georgi Şarabidze deyib.

O bildirib ki, onlar 5 nəfərdən ibarət missiya ilə Bakı şəhərinin müxtəlif rayonlarında təqribən 10 məntəqədə müşahidələr aparıb: “Səsvermədən bir gün öncə Azərbaycan MSK-nın nümayəndələri ilə görüşlər keçirmişik. Bakı şəhərinin bir neçə seçki məntəqəsində müşahidələr aparmışıq. Bütün seçki məntəqələri göstərilən vaxtda açılmışdı. Eyni zamanda bütün hazırlıq işləri bu ana qədər həyata keçirilmişdi”.

G. Şarabidze qeyd edib ki, sağlamlıq məhdudiyyəti olan insanlar üçün yaradılan şərait seçkilərin daha da əhatəli keçməsinə öz töhfəsini verib: “Müşahidə etdiyimiz məntəqələrdə seçki mühiti sərbəst idi, burada hər hansı neqativ halla rastlaşmamışıq”.

Mərkəzi Seçki Komissiyasının İnsan Resursları üzrə nümayəndəsi Georgi Kalandarişvili isə bildirib ki, 5000-dən çox seçki məntəqəsi ilə müqayisədə 10-dan çox məntəqədə keçirdiyimiz müşahidələr ümumi seçkinin mənzərəsini açmağa kifayət etmir:

“Amma biz müşahidələr apardığımız dairələrdə mümkün qədər öz fəaliyyətimizi genişləndirməyə çalışmışıq. Xüsusilə qeyd edim ki, müşahidə apardığımız seçki məntəqələrini özümüz seçmişdik. Bu, da prosesin şəffaflığının göstəricilərindən biridir. Seçki məntəqələrini həm daxildən, həm də xaricdən izləmişik. Bu zaman hər hansı kənar və süni yaradılmış müdaxilələrə rast gəlmədik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR