Gürcüstan XİN başçısı: “Regionda mövcud konfliktlər sülhə təhlükə törədir”

Gürcüstan XİN başçısı: “Regionda mövcud konfliktlər sülhə təhlükə törədir”
  • Clock-gray 14:16
  • calendar-gray 23 Dekabr 2019

“Elmar Məmmədyarov və Mövlud Çavuşoğluna təşəkkür edirəm. Bu format bizim güclü siyasi dialoqumuz üçün önəmlidir. Bu iki ölkə Gürcüstanın əsas ticarət tərəfdaşıdır”.

APA-nın xəbərinə görə, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının Tbilisidə keçirilən 8-ci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, enerji, nəqliyyat və müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 2020-2022 illəri əhatə edən yeni plan imzalanıb.

“Bu müxtəlif sahələrdə konkret əməkdaşlıq əlaqələrinin inkişafına təkan verəcək. Bir daha birgə həyata keçirməkdə olduğumuz layihələrin önəmini vurğulamaq istəyirəm. Biz bir daha vurğulamaq istəyirik ki, üçtərəfli enerji dəhlizinin tam həyata keçirilməsinə güclü dəstək verməyə davam etdiyimizi bildirmək istəyirəm. Biz Avropa-Asiya nəqliyyat dəhlizinin inkişafına da xüsusi diqqət ayırdıq. Cəlbedici imkanlar yaradılması baxımından Bakı-Tbilisi-Qars böyük əhəmiyyətə malikdir. Regionda mövcud olan konfliktlər sülh və təhlükəsizliyə təhlükə törədir, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün qorunması vacibdir və bu baxımdan bizim əməkdaşlığımız önəm daşıyır”, - deyə Gürcüstan XİN başçısı qeyd edib.

Səid Babazadə

Digər xəbərlər