Gürcüstan XİN başçısı: “Keşikçidağ məsələsi strateji tərəfdaşlıq çərçivəsində həll ediləcək”

Gürcüstan XİN başçısı: “Keşikçidağ məsələsi strateji tərəfdaşlıq çərçivəsində həll ediləcək”
# 23 dekabr 2019 11:56 (UTC +04:00)

“Keşikçidağ məsələsi strateji tərəfdaşlıq münasibətləri çərçivəsində öz həllini tapacaq".

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstan Xarici İşlər naziri David Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda müvafiq komissiya öz fəaliyyətini davam etdirir.

“Keşikçidağ məsələsi iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri çərçivəsində öz həllini tapacaq. Hazırda müvafiq komissiya öz fəaliyyətini davam etdirir. Bu məsələ Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın Azərbaycana rəsmi səfəri zamanı da müzakirə edilib. Tərəflər müzakirələri davam etdirirlər və ən qısa zamanda Tbilisidə komissiyanın növbəti görüşünün keçirilməsi planlaşdırılır”, - deyə D. Zalkaliani qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR