Gürcüstan XİN-in rəhbəri azərbaycanlı və erməni həmkarı ilə telefonla danışıb

Gürcüstan XİN-in rəhbəri azərbaycanlı və erməni həmkarı ilə telefonla danışıb
  • Clock-gray 21:07
  • calendar-gray 13 İyul 2020

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində  baş vermiş gərginliklə əlaqədar Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı və erməni həmkarları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefon danışığı aparıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, söhbət zamanı Gürcüstanın XİN başçısı Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlikdən və itkilərdən dərin narahatlıq keçirdiyini ifadə edib.

Nazir qeyd edib ki, gərginlik azaldılmalı, hərbi əməliyyatlar dayandırılmalı və tərəflər arasında barışıq əldə edilməlidir. 

D.Zalkaliani vurğulayıb ki, bütün regionda sülh və stabilliyin təmin olunması olduqca önəmlidir və beynəlxalq səylərlə qısa vaxt ərzində gərginliyin aradan qaldırılacağına ümidvardır.

Səid Babazadə

Digər xəbərlər