Gürcüstan parlamentinin Azərbaycanla dostluq qrupunun tərkibi təsdiqlənib

Gürcüstan parlamentinin Azərbaycanla dostluq qrupunun tərkibi təsdiqlənib
  • Clock-gray 15:48
  • calendar-gray 19 Fevral 2021

X çağırış Gürcüstan parlamentinin Azərbaycanla dostluq qrupunun tərkibi təsdiqlənib.

APA-nın yerli bürosunun xəbərinə görə, parlamentin iclasında “Dostluq qrupları haqqında” qərar səsə qoyulub və 77 deputatın dəstəyi ilə qəbul edilib.

Qərara əsasən Gürcüstan parlamentinin Azərbaycanla dostluq qrupuna yenidən parlamentin vitse-spikeri Kaxa Kuçava rəhbərlik edəcək. Dostluq qrupunda parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Regional Siyasət və Özünüidarə Komitəsinin sədri Sozar Subari də daxil olmaqla, ümumilikdə 36 deputat təmsil olunur. Onlardan ikisi - Savalan Mirzəyev və Zaur Darğallı azərbaycanlı deputatlardır.

Qeyd edək ki, ötən il Gürcüstan parlamentinin Azərbaycanla dostluq qrupunun 62 üzvü olub.

Səid Babazadə

Digər xəbərlər