Gürcüstana hava yolu ilə səfər edəcək Azərbaycan vətəndaşları üçün qaydalar sadələşdirilib

Gürcüstana hava yolu ilə səfər edəcək Azərbaycan vətəndaşları üçün qaydalar sadələşdirilib
# 24 fevral 2021 14:42 (UTC +04:00)

Gürcüstan hökuməti Azərbaycandan hava yolu ilə ziyarətçilərin qəbulu qaydalarının daha da sadələşdirilməsi barədə qərar qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurasının iclasında çıxış edən Baş nazir İrakli Qaribaşvili bildirib.

Onun sözlərinə görə, martın 1-dən etibarən Azərbaycan vətəndaşları neqativ cavablı PCR testi ilə hava yolu ilə Gürcüstana daxil ola biləcəklər.

Baş nazir qeyd edib ki, qaydalar Azərbaycanla yanaşı, Ukrayna, Qazaxıstan, Ermənistan, Rusiya və Belarusa da aid ediləcək.

İ. Qaribaşvili vurğulayıb ki, ölkənin quru sərhəd-keçid məntəqələrində cari rejim saxlanılacaq.

Qeyd edək ki, Qurumlararası Koordinasiya Şurasının daha əvvəl qəbul etdiyi qaydalara əsasən, Azərbaycan vətəndaşları yeni növ koronavirus (COVID-19) əleyhinə hər iki doza peyvəndin vurulmasını göstərən sənəd təqdim etməli idilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR