Gürcüstanda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTO

Gürcüstanda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
# 12 dekabr 2020 09:44 (UTC +04:00)

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 17 il münasibəti ilə Gürcüstanda anım tədbiri keçirilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, anım günü ilə əlaqədar olaraq Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin digər əməkdaşları, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları və ziyalılar Tbilisidə Heydər Əliyev parkına toplanaraq ümummilli liderin abidəsinin önünə gül dəstələri düzüb, onun xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları daha sonra ümummilli liderin Gürcüstanın Rustavi şəhərindəki abidəsi ziyarət edib.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ilə əlaqədar olaraq bu gün Gürcüstandakı azərbaycanlı icma ilə anım gününə həsr olunmuş onlayn video-konfrans keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR