Gürcüstandan daha 250 Azərbaycan vətəndaşı təxliyə ediləcək

Gürcüstandan daha 250 Azərbaycan vətəndaşı təxliyə ediləcək
# 12 yanvar 2021 10:16 (UTC +04:00)

Yanvarın 15-də Gürcüstandan daha 250 Azərbaycan vətəndaşı təxliyə ediləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin “Facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, təxliyə ediləcək vətəndaşlar bir gün öncə COVID-19 testindən keçiriləcəklər.

Qeyd olunub ki, testləri neqativ çıxanb şəxslərə COVID pasportu veriləcək və onlar yanvarın 15-də Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından ayrılmış xüsusi avtobuslarla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yollanacaqlar.

Xatırladaq ki, Azərbaycanın Gürcüstandakı səfirliyi pandemiya səbəbi ilə Gürcüstanda qalmış 2000-dən çox Azərbaycan vətəndaşının təxliyəsini həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR