Gürcüstandan təxliyə edilən Azərbaycan vətəndaşları yola salınıb - YENİLƏNİB

Gürcüstandan təxliyə edilən Azərbaycan vətəndaşları yola salınıb - YENİLƏNİB
# 29 iyul 2020 10:49 (UTC +04:00)

Gürcüstandan təxliyə edilən Azərbaycan vətəndaşları paytaxt Tbilisidən yola salınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, təxliyə olunanlar Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından xüsusi ayrılmış 4 avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yola salınıblar.

Onları Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları müşayiət edir.

***

saat 09:20

Bu gün Gürcüstandan daha 150 Azərbaycan vətəndaşı təxliyə edilir.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, təxliyə edilən vətəndaşlar ötən gün PCR testlərindən keçiriliblər və onların heç biridə yeni növ koronavirusa yoluxma aşkarlanmayıb.

Təxliyə edilən şəxslər saat 10:00-da Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından 4 xüsusi avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, bu gün Azərbaycan vətəndaşları ilə yanaşı Azərbaycanda yaşayış icazəsi olan və ya Azərbaycan vətəndaşı ilə nikahda olan 119 Gürcüstan vətəndaşı, həmçinin 1 Türkiyə və 8 Rusiya vətəndaşı olan soydaşımız da Azərbaycana təxliyə olunacaq. Təxliyə edilənlər ölkə ərazisinə keçdikdən sonra karantinə alınmayacaqlar və onlara qeydiyyatda olduqları əraziyə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR