Gürcüstanın Azərbaycandakı Səfirliyi ölkəyə qayıtmaq istəyən vətəndaşlarının qeydiyyatına başlayıb

Gürcüstanın Azərbaycandakı Səfirliyi ölkəyə qayıtmaq istəyən vətəndaşlarının qeydiyyatına başlayıb
  • Clock-gray 11:21
  • calendar-gray 23 Aprel 2020

Gürcüstanın Azərbaycandakı Səfirliyi Gürcüstan vətəndaşlarının ölkəyə qayıtması üçün qeydiyyata başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki,  bu barədə Gürcüstanın Azərbaycandakı Səfirliyinin müraciətində bildirilib. Qeyd olunub ki, Gürcüstana qayıtmaq istəyən vətəndaşlar pasportlarının şəklini səfirliyin +994 50 250 07 10 “WhatsApp” nömrəsinə göndərərək qeydiyyata düşə bilərlər.

Məlumata görə, yaxın günlərdə həmin vətəndaşların xüsusi avtobuslarla Gürcüstana qayıtması təşkil ediləcək. Qeydiyyata düşən şəxslərə iki saat öncədən avtobusun yola düşəcəyi ünvan barədə məlumat veriləcək.

Qeyd olunub ki, nəqliyyat xərci 20 AZN təşkil edir. Ölkəsinə qayıdan Gürcüstan vətəndaşları “COVID-19” pandemiyası səbəbi ilə 2 həftə müddətinə karantində saxlanılacaqlar.

 

Səid Babazadə

Digər xəbərlər