Gürcüstanın Baş naziri Azərbaycan Prezidentinə zəng edib

Gürcüstanın Baş naziri Azərbaycan Prezidentinə zəng edib
# 24 dekabr 2020 21:40 (UTC +04:00)

Dekabrın 24-də Gürcüstanın Baş naziri Giorgi Qaxariya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA xəbər verir ki, Gürcüstanın Baş naziri dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd edilərək əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR