Gürcüstanın Baş naziri ölkənin azərbaycanlı əhalisini Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstanın Baş naziri ölkənin azərbaycanlı əhalisini Novruz bayramı münasibətilə təbrik edib
# 21 mart 2021 08:09 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Novruz bayramı münasibətilə ölkənin azərbaycanlı vətəndaşlarını təbrik edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Baş nazir özünün sosial media hesabında paylaşım edib.

“Novruz bayramı münasibəti ilə mən azərbaycanlı vətəndaşlarımızı təbrik edirəm. Bu gözəl bahar bayramı yeni ilin, yeni həyatın başlanmasının rəmzidir. Mən hər birinizə sülh, xoşbəxtlik, inkişaf və səadət arzu edirəm”, - deyə İrakli Qaribaşvili qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR