Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı əks olunub - FOTO - VİDEO

Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı əks olunub - FOTO - VİDEO
# 04 aprel 2020 20:37 (UTC +04:00)

Bu gün Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub.

APA Mərkəzə istinadən xəbər verir ki, bunda məqsəd koronavirus infeksiyasından ziyan görən ölkələrə dəstək olmaqdır.

Xatırladaq ki, «COVID-19» pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.

Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR