Hikmət Babaoğlu: “Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir”

Hikmət Babaoğlu: “Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir”
# 28 iyun 2020 13:30 (UTC +04:00)

“Bu gün bütün dünyada hamının, o cümlədən ölkəmizin və vətəndaşlarımızın tezliklə bu təhlükəli virusa qarşı effektiv bir vasitənin tapılmasına ehtiyacı var. Ona görə də ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü dünya dövlətləri ilə bərabər cəmiyyətimiz tərəfindən də olduqca yüksək qiymətləndirilir”.

Bunu APA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, koronovirus pandemiyası qlobal xarakter daşımaqla bütün xalqların təhlükəsizliyini təhdidi edir:

“Təəssüf ki, bu günə qədər nə milli, nə də qlobal səviyyədə bu virusa qarşı mübarizədə effektiv bir vasitə tapılıb. Belə olan halada pandemiyaya qarşı yalnız birgə səylər və mümkün bütün resursları birgə səfərbər etməkllə uğur qazanmaq olar. Bunun üçünsə dünyanın vaxt itirmədən yeni təşəbbüslərə ehtiyacı var. Çünki itirilən hər gün əslində insanların itirilməsi deməkdir. Bu insanlar isə sadə statistika deyil, kiminsə atası, yaxını, dostu, qardaşı, bacısı, yaxud doğmasıdır. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin pandemiyaya qarşı mübarizə çərçivəsində tədbirlərin görülməsi məqsədilə hazırda rəhbərlik etdiyi Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etməsi büynəlxalq aləmdə olduqca yüksək qiymətləndirilən bir təşəbbüsə çevirilib. Təsadüfi deyil ki, artıq BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənib. Bu hər şeydən əvvəl Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rol və Prezident İlham Əliyevin lider kimi şəxsi nüfuzu ilə əlaqələndirilməlidir”.

Deputat xatırladıb ki, hazırda Azərbaycan iki beynəlxalq təşkilata rəhbərlik edir: “Bunlardan biri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, digəri isə Qoşulmama Hərəkatıdır. Koronavirus pandemiyası real təhdidə çevrilməyə başlayanda buna qarşı birgə tədbirlər görmək üçün ilk dəfə Prezident İlham Əliyev beynəlxalq tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edərək aprel ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində fövqəladə Zirvə görüşü keçirdi. Videokonfarns vasitəsilə keçirilən bu görüşə Ümumdünya Səhiyyə Təşkilatının sədri də qatıldı. Konfransda COVİD- 19 qarşı mübarizə məsələləri müzakirə edildi və birgə tədbirlərin, eyni zamanda qarşılıqlı yardımlaşmanın vacibliyi vurğulandı. Azərabycan şəxsi nümunə göstərərək bu günə qədər dünyanın 30 –a qədər ölkəsinə yardımlar edib. Eyni zamnda qarşılıqlı təcrübə mübadiləsi və ÜST-ün tövsiyələri ölkəmizdə koronovirusa qarşı tədbirlər almaqda xeyli dərəcədə təsirli vasitəyə çevrilib. Bundan sonra yenə Azərbaycan Prezidentinin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Bu səviyyədə iştirakçılıq bir tərəfdən problemin aktuallığı ilə bağlı idisə, digər tərəfdən Azərbaycan Prezidentinin nüfuzu və beynəlxalq təşkilatın sədri kimi şəxsi təçəbbüskarlığı ilə əlaqədar idi. İndi isə Prezident İlham Əliyevin yeni təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər dövlətlər var. Bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Bu yüksək münasibət COVİD-19-A qarşı mübarizədə yeni metod və üsulların tapılması ilə əlaqədar səyləri birləşdirməklə problemin mümkün həlli istiqamətlərinə də öz töhfəsini verə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR