Hikmət Hacıyev: “Ermənistan Azərbaycan torpaqlarında həyata keçirdiyi mədəniyyət soyqırımına və terroruna görə cavab verməlidir”

Hikmət Hacıyev: “Ermənistan Azərbaycan torpaqlarında həyata keçirdiyi mədəniyyət soyqırımına və terroruna görə cavab verməlidir”
# 28 dekabr 2020 18:38 (UTC +04:00)

“Dünən olduğu kimi, bu gün də Azərbaycan UNESCO missiyasının təşkilinə qarşı çıxmır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın mövqeyi haqlıdır və davamlıdır: “Sadəcə, beynəlxalq hüquqa və müvafiq prosedurlara uyğun davranılmalıdır. Təhlükəsizlik şəraiti imkan verdiyi zaman missiyanın aydın mandatı və tərkibi Azərbaycan və UNESCO arasında razılaşdırılmalıdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır.

Hazırda Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərimizdəki mədəni abidələrimizin vəziyyətini qiymətləndirir və bu məlumatlar UNESCO-ya təqdim ediləcək. Ermənistan digər sahələrdə olduğu kimi, işğal zamanı Azərbaycan xalqının bu torpaqlardakı izini silmək məqsədilə həyata keçirdiyi mədəniyyət soyqırımına və terroruna görə cavab verməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR