Hikmət Hacıyev: “Ermənistanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinə hücum cəhdləri boşa çıxıb”

Hikmət Hacıyev: “Ermənistanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinə hücum cəhdləri boşa çıxıb”
# 06 oktyabr 2020 23:41 (UTC +04:00)

Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” hesabında bildirib.

“300+ kaset tipli bombaların qəlpələri ətrafa yaılıb. Boru kəmərinə ziyan dəyməyib. ANAMA hadisə yerində fəaliyyət göstərir. Çarəsiz Ermənistanın enerji infrastrukturuna hücum cəhdləri boşa çıxıb”, deyə H.Hacıyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR