Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
# 07 yanvar 2021 12:20 (UTC +04:00)

Pakistan səfiri Bilal Hayee Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə pakistanlı diplomat "Twitter"də bildirib.

Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

“2021-ci ildə Azərbaycan-Pakistan dostluğunun daha da güclənməsini səbirsizliklə gözləyirəm”, - deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR