Hikmət Hacıyev: “Rusiyadan başqa digər ölkələrdən qayıtmaq istəyən vətəndaşların müraciətləri qeydə alınıb”

Hikmət Hacıyev: “Rusiyadan başqa digər ölkələrdən qayıtmaq istəyən vətəndaşların müraciətləri qeydə alınıb”
# 16 aprel 2020 17:41 (UTC +04:00)

“İndiyə qədər Xarici işlər Nazirliyi (XİN) və səfirliklər tərəfindən Rusiya istisna olmaqla, digər ölkələrdən Azərbaycana qayıtmaq istəyən vətəndaşların müraciətləri tam qeydə alınıb, bu barədə məlumatlar mövcuddur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Rusiyadakı vətəndaşlarımızın say çoxluğu nəzərə alınaraq “Evə gedirəm” portalının yaradılması nəzərdə tutulub: “Digər ölkələrdə vətəndaşlarımızla bağlı vəziyyət məlumdur. Diplomatik nümayəndəliklərimiz məlumatları Xarici İşlər Nazirliyinə, Xarici İşlər Nazirliyi isə Operativ Qərargaha təqdim edib. Ona görə də “Evə gedirəm” portalında hazırda digər ölkələrdə olan vətəndaşlar üçün müraciət imkanının yaradılmasına ehtiyac yoxdur. Gələcəkdə ehtiyac olarsa, bu məsələyə baxıla bilər”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov isə qeyd edib ki, konsulluqlarda “Qaynar xətt” fəaliyyət göstərir.

“Rusiyadan başqa digər ölkələrdə olan vətəndaşların sayı barədə dəqiqə məlumatlar var”, - deyə F. Muradov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR