Hikmət Hacıyev: "Yenidənqurma prosesində bütün dağıdılmış dini abidələr bərpa ediləcək"

Hikmət Hacıyev: "Yenidənqurma prosesində bütün dağıdılmış dini abidələr bərpa ediləcək"
# 06 fevral 2021 19:10 (UTC +04:00)

“Ermənistan işğal etdiyi torpaqlarda dini yerləri, məscidləri yerlə yeksan edib. Ancaq fəxrlə deyə bilərəm ki, mənim ölkəmdə məscidlər, sinaqoqlar, kilsələr qorunur və yanaşı yerləşir”.

APA-nın xəbərinə görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib.

O bildirib ki, yenidənqurma prosesində bütün dağıdılmış dini abidələr bərpa ediləcək: “Biz Prezidentin dediyi kimi, yenidənqurma işlərində qərarlı və qətiyyətliyik. Bərpa prosesi ilə bağlı artıq layihələr təsdiqlənib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR