Hindistan Prezidenti Azərbaycan Prezidentini təbrik edib

Hindistan Prezidenti Azərbaycan Prezidentini təbrik edib
# 22 may 2020 18:01 (UTC +04:00)

Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Zti-aliləri.

Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Hindistan ilə Azərbaycan arasında yaxın mədəni və tarixi əlaqələr mövcuddur ki, bu, ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi niyyətimizdə özünü göstərir. Ümid edirəm ki, birgə səylərimiz çoxistiqamətli əməkdaşlığımızı daha da gücləndirəcəkdir.

COVID-19 pandemiyası bəşəriyyət üçün misli görünməmiş bir təhlükə yaradır. Hindistan bu xəstəliyə qalib gəlmək üçün beynəlxalq ictimaiyyətlə birgə fəaliyyət göstərməkdə davam edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR