Hökumət Azərbaycan-Rusiya Demarkasiya Komissiyasının ötən il gördüyü işləri açıqlayıb

Hökumət Azərbaycan-Rusiya Demarkasiya Komissiyasının ötən il gördüyü işləri açıqlayıb
# 09 mart 2021 16:43 (UTC +04:00)

Azərbaycan hökuməti Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2020-ci il üzrə gördüyü işləri açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

“Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının səkkizinci iclasının Protokoluna və “Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2020-ci il üzrə iş Planı”na müvafiq olaraq dövlət sərhəd xəttinin 70 nömrəli delimitasiya nöqtəsindən Xəzər dənizinə qədər olan hissəsində, meşə sahəsində sərhəd xətti boyunca torpaq sahələrinin sərhəd xidmətlərinin daimi istifadəsinə ayrılması və həmin sahədə demarkasiya işlərinin tamamlanması üçün Qusar və Xaçmaz rayonlarının inzibati ərazilərində dövlət mülkiyyətinə aid torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi və daimi istifadəyə verilməsi təmin edilib və bu ərazidə dövlət sərhəd xəttinin Azərbaycan tərəfi hissəsində demarkasiya nişanlarının quraşdırılması tamamlanıb”, - deyə hesabatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR