Holokostun Öyrənilməsi Mərkəzinin rəhbəri: "Azərbaycanda antisemitizm kök ata bilməyib"

Holokostun Öyrənilməsi Mərkəzinin rəhbəri: "Azərbaycanda antisemitizm kök ata bilməyib"
# 19 fevral 2020 15:56 (UTC +04:00)

"İsrail-Azərbaycan münasibətləri hazırda geniş miqyası əhatə edir".

APA-nın məlumatına görə, bunu Holokostun Öyrənilməsi Mərkəzinin rəhbəri Kirill Feferman jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hər iki ölkənin həll olunmamış terroterial konfliktlərinin öyrənilməsi vacibdir.

Azərbaycana budəfəki səfərində Qırmızı qəsəbəni də ziyarət etdiyini deyən K. Feferman buranın şöhrətinin Azərbaycandan kənarda da yayıldığını bildirib: "Orada müsəlmanlarla yəhudilər bir yerdə yaşayırlar. Ümumiyyətlə, Azərbaycan multikulturalizm baxımından nümunə ola biləcək ölkədir. Çünki hazırda Avropada İslam heç də xoş qarşılanmır, lakin Azərbaycanda tarixən müxtəlif xalqların nümayəndələri sülh şəraitində yaşayıblar. Mənə elə gəlir ki, Azərbaycanın təcrübəsi bu baxımdan öyrənilməlidir".

K. Feferman yəhudi xalqının Azərbaycanda yaşadığı tarixi dövr ərzində heç bir zaman ayrı-seçkiliklə rastlaşmadığını vurğulayıb: "Burada heç zaman antisemitizm kök ata bilməyib. Hazırda da hər iki xalq arasında sıx münasibətlər davam edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR