I Vitse-prezidentin köməkçisi: “Bizi maraqlandıran odur ki, Ermənistan öhdəlikləri yerinə yetirsin”

I Vitse-prezidentin köməkçisi: “Bizi maraqlandıran odur ki, Ermənistan öhdəlikləri yerinə yetirsin”
  • Clock-gray 13:14
  • calendar-gray 26 Fevral 2021

"Cənab Prezident bugünkü mətbuat konfransında da bildirib ki, Azərbaycan Ermənistanda baş verənlərə hər hansı bir qiymət vermir".

Bunu APA-ya açıqlamasında Birinci Vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov deyib.

O qeyd edib ki, Azərbaycan bunu Ermənistanın daxili işi kimi qiymətləndirir:. Söhbət 10 noyabr və yanvar ayında Moskvada qəbul edilmiş bəyanatlardan gedir. Ona görə ki, Ermənistan tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi ümumiyyətlə bölgədə, Cənubi Qafqazda Ermənistanla Azərbaycanın arasında olan münasibətlərin normallaşdırılması üçün ən böyük şərtdir".

Mirmehdi Ağaoğlu

Digər xəbərlər