ISESCO-nun Baş direktoru: "Azərbaycan Qərblə Şərq arasında təhlükəsiz və qürurlu məkandır"

ISESCO-nun Baş direktoru: "Azərbaycan Qərblə Şərq arasında təhlükəsiz və qürurlu məkandır"
# 10 noyabr 2020 15:05 (UTC +04:00)

“Bu gün müsəlmanların sayı təxminən 1 milyard yarım təşkil edir, bu da dünya əhalisinin 25 faizi deməkdir”.

APA-nın məlumatına görə, bunu "Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, İslamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü" mövzusunda keçirilən onlayn beynəlxalq konfransda çıxış edən ISESCO-nun baş direktoru Salem bin Məhəmməd əl-Maliki bildirib. O, Azərbaycanın işğaldakı torpaqlarında erməni vandalizminə uğramış ümumislam əhəmiyyətli dini-mənəvi irsin qorunmasının vacibliyinə dair mövqeyini ifadə edib: "Hər şeyi öz adı ilə çağırmaq lazımdır, aqressoru aqressor, dostu dost kimi. Müsəlmanlar namaz qılarkən məscidlər partladılanda buna terror demək heç kimin ağlına gəlmir, amma İslam dünyasının adı bəzi dairələrdə terrorla bir çəkilir ki, bu da yolverilməzdir. Onlar ən adi cinayəti gördükdə belə bunu İslamla əlaqələndirməyə cəhd göstərirlər. Fransada sağçı ekstremistlər tərəfindən baş verən hadisələr bütün dünya mətbuatına xələl gətirən hadisədir. İslam dözümlülük və rəhmət dinidir. Biz bizə qarşı törədilən cinayəti özümüzdən uzaqlaşdırmağa çalışırıq".

O bildirib ki, problemlərin aradan qaldırılması istiqamətində əxlaqi birlik nümayiş etdirilməsi diqqət edilməli olan mövzulardan biridir: "Azərbaaycanın Qarabağ bölgəsində məscid və dini mərkəzlər hücuma məruz qalıb. Beynəlxalq təşkilatlar tərəfindən qərarlar qəbul edilsə də, qarşı tərəf buna məhəl qoymayıb. Tarixi, mədəni irsin sahibləri öz torpaqlarına qayıtmalıdır. Azərbaycan Qərblə Şərq arasında təhlükəsiz və qürurlu məkandır. Azərbaycanın bir sıra təşəbbüsləri dünya birliyi tərəfindən alqışla qarşılanıb. Sülhün bərqərar edilməsində Azərbaycanın sülh şəraitində yaşamasının çox böyük töhfəsi olacaq. Azərbaycan prezidenti və xalqına sülhü bərqərar etməyi diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR