ISESCO-nun sabiq Baş direktoru Azərbaycan Prezidentini təbrik edib

ISESCO-nun sabiq Baş direktoru Azərbaycan Prezidentini təbrik edib
# 26 dekabr 2019 16:54 (UTC +04:00)

ISESCO-nun sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizi böyük məmnuniyyətlə səmimi qəlbdən təbrik edirəm.

Sizin bacarıqlı və müdrik rəhbərliyinizlə Azərbaycanda həyatın bütün sahələri hərtərəfli və uğurlu inkişaf edib, ölkəniz bütün dünyada dialoq, sülh və tolerantlığın rəmzinə çevrilib. Ortaq problemlərimizi müzakirə etmək üçün görkəmli liderlərin bir araya gəldiyi platforma kimi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Ölkənizi dinamik inkişaf və davamlı tərəqqi yolunda aparmaq kimi nəcib missiyanızı davam etdirmək üçün Zati-alinizə uzun ömür və möhkəm cansağlığı arzulayıram".

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev də Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı və diləklərimi qəbul etməyinizi xahiş edirəm.

Liderliyiniz və müdrik siyasətiniz sayəsində Azərbaycan Respublikası regionun ən inkişaf etmiş ölkəsi olaraq dünya dövlətləri arasında nüfuzunu daha da möhkəmləndirməkdədir.

Eyni zamanda, Türk Şurasına daimi dəstəyinizi məmnuniyyətlə qeyd edirəm. Türk Şurasının Sizin sədrliyinizlə Bakıda keçirilən VII Zirvə Görüşünün uğurlu nəticələri təşkilatımızın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və regional müstəvidə daha da cəlbedici platformaya çevrilməsinə zəmin yaratmışdır.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, firavanlıq, ailə səadəti diləyir və çoxşaxəli ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbrikləri qəbul edin.

Siz TASS agentliyinə müsahibənizdə vaxtilə demişdiniz: “Dövlətin davamlı inkişafı yalnız o halda mümkündür ki, addımlar düzgün planlaşdırılmış olsun”.

Azərbaycanın bugünkü uğurları, sosial-iqtisadi potensialının və beynəlxalq nüfuzunun möhkəmlənməsi Sizin daxili və xarici siyasətdə atdığınız ardıcıl addımların nəticəsidir.

Sizin qətiyyətiniz və əzmkarlığınız, möhkəm rəhbər iradəniz həmişə ölkənin qələbələrinin həlledici qüvvəsi olmuş Azərbaycan xalqının zəngin mənəvi və yaradıcı potensialını səfərbər etməyə imkan verib.

Siz ölkə vətəndaşları üçün cəmiyyətə fədakarcasına xidmət nümunəsi olmusunuz.

TASS agentliyi Azərbaycanın həyatı ilə bağlı hadisələrin işıqlandırılmasına böyük diqqət yetirir. Ümidvaram ki, informasiya sahəsində əməkdaşlığımız keyfiyyətcə yeni formada davam edəcək.

Bu əlamətdar gündə ən səmimi arzularımı qəbul edin. Sizə sülh, rifah, cansağlığı, firavanlıq və təşəbbüslərinizdə yeni uğurlar diləyirəm".

İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğlu da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizə və möhtərəm xanımınıza cansağlığı, firavanlıq və uzun ömür diləyirəm.

Bu münasibətlə əziz Azərbaycan xalqına Sizin rəhbərliyinizlə daha gözəl və firavan gələcək arzulayır, himayənizlə uğurlu fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nailiyyətlərinin artmasını diləyirəm.

Sizə ən səmimi ehtiramımı bildirir, xoş arzularımı qəbul etməyinizi rica edirəm".

Çin Xalq Respublikasında “Kingold” qrupunun sədri Çau Çak Vinq Azərbaycan Respublikasının İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Zati-aliləri, cənab İlham Əliyev,

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, ölkənizə firavanlıq diləyirəm.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Dərnəyinin həmsədri kimi bu təşkilatın fəaliyyətinə dəstək vermək və onun tədbirlərində iştirak etmək mənim üçün şərəfdir. Mən inanıram ki, Sizin böyük dəstəyiniz və himayənizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi mədəniyyətlər arasında dialoqun və anlaşmanın təşviqində daha fəal rol oynayacaq və müasir dünyanın üzləşdiyi problemlərin həllinə daha çox töhfə verəcək.

İcazə verin, bir Çin məsəlində deyildiyi kimi, Tanrıdan Sizə dəryalar qədər dərin xoşbəxtlik və dağlar qədər uzun ömür arzulayım".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR