İƏT-in Cəmmu və Kəşmir üzrə Təmas Qrupunun XİN başçılarının iclası keçiriləcək

İƏT-in Cəmmu və Kəşmir üzrə Təmas Qrupunun XİN başçılarının iclası keçiriləcək
# 22 iyun 2020 14:26 (UTC +04:00)

Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cəmmu və Kəşmir üzrə Təmas Qrupunun Xarici İşlər nazirlərinin təcili iclası keçiriləcək.

Bu barədə APA-nın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, Pakistanın tələbi ilə çağrılan iclas videokonfrans formatında baş tutacaq.

Qeyd olunub ki, iclasda Kəşmirdəki insan hüquq və azadlıqları mövzusundakı problemlər müzakirə ediləcək.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da iclasa qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR