İTAZERCOM prezidenti Azərbaycan Prezidentinə məktub göndərib

İTAZERCOM prezidenti Azərbaycan Prezidentinə məktub göndərib
# 19 oktyabr 2020 15:34 (UTC +04:00)

İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti Manuela Traldi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

APA xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli cənab Prezident,

Sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi və son günlərdə dinc sakinlər arasında itkiyə səbəb olan hücumlarını dərin kədər və narahatlıq hissi ilə yaxından izləyirəm.

Sizə və hörmətli Birinci vitse-prezident Mehriban xanıma ölkənizdə mülki insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verir, eləcə də həm İtaliya-Azərbaycan Ticarət Palatası, həm də şəxsən mən bu cür hücumları qətiyyətlə pisləyir, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququnu birmənalı şəkildə dəstəkləyirik.

Biz İtaliyada rəsmi ikitərəfli biznes təşkilatı və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) milli nümayəndəliyi olaraq, münaqişə ilə bağlı doğru məlumatları yayır, cəmiyyətimizdə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri ilə bağlı təbliğat işi aparırıq.

Biz münaqişənin bu çərçivədə və beynəlxalq hüquqa uyğun olaraq öz həllini tapmasını səbirsizliklə gözləyirik. Həmçinin sülhün və sabitliyin, eləcə də Azərbaycanın suverenliyinin bərpa edilməsindən sonra Dağlıq Qarabağın və bütün bölgənin daha parlaq gələcəyi olacağına ümid bəsləyirik.

Hörmətli cənab Prezident, hörmətli Birinci vitse-prezident Mehriban xanım, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR