İbrahim Məmmədov: "Vətəndaşlarımız ölkəyə qayıtmaq istədikdə hökumət bunu təmin edəcək"

İbrahim Məmmədov: "Vətəndaşlarımız ölkəyə qayıtmaq istədikdə hökumət bunu təmin edəcək"
  • Clock-gray 04:17
  • calendar-gray 14 Mart 2020

"Azərbaycan hökuməti hər yerdə öz vətəndaşına sahib çıxacaq".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, dövlətə etibar etmək lazımdır: "Xarici ölkələrdə olan vətəndaşlarımız ölkəyə qayıtmaq istədikdə hökumət bunu təmin edəcək. Amma hazırda xarici ölkələrdə olan vətəndaşlarımızın bir çoxu ölkəyə qayıtmaq istəmirlər".

Ramiz Mikayıloğlu

Digər xəbərlər