İndoneziyada Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar poçt markası buraxılıb

İndoneziyada Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar poçt markası buraxılıb
  • Clock-gray 12:57
  • calendar-gray 24 Fevral 2020

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin tərkib hissəsi olaraq Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt” dövlət şirkəti tərəfindən poçt markaları nəşr edilib.

Səfirlikdən APA-ya bildiriblər ki, nəşr edilən poçt markasının üzərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” kampaniyasının loqosu olan badam çiçəyi təsvir olunub və kampaniyanın veb-ünvanı qeyd edilib. Kampaniyanın veb-ünvanının markada qeyd olunması Xocalı soyqırımı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İndoneziya əhalisi arasında maarifləndirmənin artırılması məqsədi daşıyır.

“İndoneziya Poçt” dövlət şirkəti tərəfindən verilən məlumata əsasən, fevralın ortalarında mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılan markaya indoneziyalı filatelistlər tərəfindən böyük maraq müşahidə olunur.

 

apa-logo-mini

Digər xəbərlər