İqor Dodon Azərbaycan Prezidentini təbrik edib

İqor Dodon Azərbaycan Prezidentini təbrik edib
  • Clock-gray 17:43
  • calendar-gray 24 Dekabr 2019

Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, uzun ömür, gənclik ruhu, bütün məqsəd və məramlarınızın həyata keçməsini diləyirəm.

Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə həm regional, həm də beynəlxalq səviyyələrdə sabitlik amilidir. Sizin yürütdüyünüz ölçülüb-biçilmiş daxili və xarici siyasət sayəsində ölkəniz ictimai-siyasi və sosial-iqtisadi inkişafın bütün sahələrində sanballı nailiyyətlər əldə edir, xalqın rifahının yüksəldilməsinə, habelə Azərbaycanın beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinə yönəldilmiş səmərəli dəyişiklikləri və islahatları dinamik surətdə həyata keçirir.

Xoş fürsətdən istifadə edərək, dost dövlətlərimiz arasında əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfənizə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu kontekstdə müxtəlif sahələrdə xalqlarımızın uzunmüddətli maraqlarına tam şəkildə cavab verən Moldova-Azərbaycan əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsində maraqlı olduğumu təsdiqləyirəm.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizi ad gününüz münasibətilə bir daha təbrik edim, sülh, əmin-amanlıq, firavanlıq və Azərbaycanın rifahı naminə yeni böyük uğurlar diləyim.

Sizin doğmalarınıza və yaxınlarınıza ən səmimi təbriklərimi və ən gözəl arzularımı çatdırıram".

apa-logo-mini

Digər xəbərlər