İqtisadiyyat naziri Azərbaycan və İsrail arasında Birgə Komissiyanın həmsədri olub

İqtisadiyyat naziri Azərbaycan və İsrail arasında Birgə Komissiyanın həmsədri olub
  • Clock-gray 18:01
  • calendar-gray 02 Mart 2020

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri dəyişib.

Dəyişikliyə əsasən, İqtisadiyyat naziri komissiyanın həmsədri təyin edilib.

İndiyə qədər komissiyanın həmsədri Vergilər naziri olub.

 Komissiyanın üzvləri isə aşağıdakı tərkibdə təsdiq edilib:

 Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

 Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müavini

 Azərbaycan Respublikası Energetika nazirinin müavini

 Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

 Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini

 Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

 Azərbaycan Respublikası Təhsil nazirinin müavini

 Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

 Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

 Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

 Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru

 Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti 

Firuzə Vahid

Digər xəbərlər