İranın yeni səfiri Abbas Musəvi Azərbaycanda fəaliyyətinin əsas prioritetlərini açıqlayıb

İranın yeni səfiri Abbas Musəvi Azərbaycanda fəaliyyətinin əsas prioritetlərini açıqlayıb
  • Clock-gray 16:34
  • calendar-gray 23 İyul 2020

“İranın dost ölkələrlə iqtisadi əlaqələri siyasi əlaqələri ilə ayaqlaşmır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü və bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi Şərqi Azərbaycan əyalətinin başçısı ilə görüşündə deyib.

O bildirib ki, Azərbaycanda səfir kimi çalışacağı dövrdə ticarət və iqtisadi əlaqələrin inkişafına diqqət ayıracaq. 

A. Musəvinin sözlərinə görə, İranın sərhəd əyalətləri qonşu Azərbaycanla münasibətlərin inkişafında çox önəmli və əsaslı rol oynayır: “Amma biz çalışmalıyıq ki, əyalətin potensialından Azərbaycanla ticarət və iqtisadi əlaqələri artırmaq üçün istifadə edək”. 

O qeyd edib ki, İranın Azərbaycandakı səfirliyinin əsas işi iqtisadi əlaqələri inkişaf etdirmək olacaq: “Azərbaycanın Rusiya və Avropa bazarına çıxışı olduğu üçün bizim əlaqələrimiz daha çox iqtisadi sahənin genişləndirilməsinə yönələcək. İki ölkənin əlaqələrinin inkişaf proqramında iqtisadi əlaqələrin payı 80 faizdir. Bütün potensiallardan iki ölkənin əlaqələrinin inkişaf etdirilməsi üçün istifadə edəcəyik”.

Süleyman Fərzəliyev

Digər xəbərlər