İslamabadın ən böyük alış-veriş mərkəzində “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni təcavüzünə son” adlı aksiya keçirilir - VİDEO

İslamabadın ən böyük alış-veriş mərkəzində “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni təcavüzünə son” adlı aksiya keçirilir - VİDEO
# 24 oktyabr 2020 18:09 (UTC +04:00)

Ermənistanın Azərbaycana qarşı təcavüzü və mülki əhaliyə qarşı məqsədli raket hücumları nəticəsində Azərbaycanın Gəncə, Mingəçevir və digər yaşayış məskənlərində həlak olmuş həmvətənlərimizin əziz xatirəsini anmaq və erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə İslamabadın ən böyük alış-veriş mərkəzi olan “Centaurus Mall”da keçirilən aksiyada Erməni terrorunu özündə əks etdirən posterlərin, şəkillərin və şüarların yer aldığı guşənin nümayişinə başlanıb.

Azərbaycanın Pakistandakı Səfirliyinin təşəbbüsü ilə baş tutan bu aksiyada Ermənistanın xain iç üzünün, əliyalın, evlərində xəbərsiz yatmış mülki əhalinin, uşaqların raket hücumlarına məruz qoyaraq qətlə yetirməsinin və bu qəddar hücumların fəsadlarının geniş Pakistan ictimaiyyətinə çatdırılması nəzərdə tutulur. Orta hesabla gündəlik 35 min ziyarətçisi olan bu ticarət mərkəzində quraşdırılmış böyük ekranda isə Gəncə və digər şəhərlərimizin dinc əhalisinə həyata keçirilmiş çoxsaylı raket hücumlarının fəsadlarının video nümayişi də gün ərzində keçirilir.

Pakistanın müəyyən rəsmi şəxsləri, Azərbaycan Respublikasının Pakistandakı səfiri və səfirliyin kollektivi, Pakistan ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, eləcə də bu şəhərdə yaşayan azərbaycanlılar və minlərlə pakistanlı guşəni ziyarət edərək onun qarşısına güllər və oyuncaqları qoyaraq həlak olanların xatirəsinə öz ehtiramlarını ifadə ediblər.

Guşənin ziyarətçisi olan minlərlə paytaxt sakini dinc əhaliyə qarşı Ermənistanın bu qəddar əməllərindən heyrətlərini bildirib və insanlığa qarşı olan bu hərbi cinayəti qəti qınayıblar. Ziyarətçilərin çoxsaylı təklifləri, sualları və Azərbaycanla həmrəylik bildirən fikirləri səfirlik əməkdaşları tərəfindən gün ərzində dinlənilir və cavablandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR