İsrailin Azərbaycandakı səfiri: “Bu çətin vaxtda bizim dostluğumuz ancaq sözdə deyil, əməldə də özünü göstərir”

İsrailin Azərbaycandakı səfiri: “Bu çətin vaxtda bizim dostluğumuz ancaq sözdə deyil, əməldə də özünü göstərir”
  • Clock-gray 11:01
  • calendar-gray 30 Aprel 2020

“İsrail Azərbaycan xalqını düşünür”.

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter”də yayımlanan video müraciətində bildirib.

Səfir vurğulayıb ki, yaşlıların evdə qalmağa məcbur olduğu bir vaxtda İsrail göstərilən səylərə töhfə vermək qərarına gəlib.

“Bu çətin vaxtlarda bizim dostluğumuz ancaq sözdə deyil, həmçinin əməldə də özünü göstərir. İsrail Azərbaycan hökumətinin səylərinə qoşularaq pandemiya vaxtında ehtiyacı olan insanlara öz köməyini göstərib”, - deyə qeyd olunub.

Zümrüd Paşkin

Digər xəbərlər