İsveç səfiri: “Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməliyik”

İsveç səfiri: “Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməliyik”
# 24 sentyabr 2020 12:16 (UTC +04:00)

“İsveçin Bakıda ilk rezident səfiri olaraq ikitərəfli əlaqələrimizin daha da güclənməsinə töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

APA-nın xəbərinə görə, bunu İsveç səfiri Kristian Kamill etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən zaman deyib.

“Həqiqətən də bizim Xarici İşlər nazirinin artıq gələn həftə ölkənizə səfəri vaxtında baş tutur. Mən bunu səbirsizliklə gözləyirəm.

Cənab Prezident, mən İsveçin Avropa İttifaqının ölkənizlə daha sıx əməkdaşlığa dəstəyini qiymətləndirdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Biz Şərq Tərəfdaşlığının 10-cu ildönümü münasibətilə Stokholmda Azərbaycandan böyük nümayəndə heyətini görməyə şad olduq. İndi biz bu əməkdaşlığı daha da inkişaf etdirməliyik. İsveç bu danışıqları dəstəkləmək əzmində olan ölkələrdən biri olmağa hazırdır. Mən əlbəttə ki, ölkələrimiz arasında biznes əlaqələrinin daha da yaxından qurulmasında üzərimə düşən işi görə biləcəyimə ümid edirəm”, - deyə səfir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR