İtaliyadakı Azərbaycan diplomatlarının ailə üzvləri haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola biləcək

İtaliyadakı Azərbaycan diplomatlarının ailə üzvləri haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola biləcək
# 05 may 2020 12:55 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında diplomatik nümayəndəlik, konsulluq və daimi nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsi barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR